Bazar ertəsı səhər minlərlə çinli yenidən Honkonq küçələrinə çıxıb.
RİA Novosti xəbər verir ki, etiraz aksiyasında ümumilikdə 500 min insanın iştirakı gözlənilir.
Etirazçılar şəhərin mərkəzinə gedən yolları və tunelləri bağlayıblar kı, bu da nəqliyyat böhranı yaradıb. Aksiya Honkonq hava limanının işinə də mənfi təsir göstərib.
Nümayişçilərin tələbləri dəyişməz qalır: Çinlə ekstradisiya haqqında qanunda dəyişikliklərin ləğvi və aksiyalarda polislərin hərəkətlərinin araşdırılması.
Virtualaz.org bildirir ki, bu arada Honkonq administrasiyasının rəhbəri Kerri Lem şəhərdə yaşanan nəqliyyat kollapsını şərh edib. Onun sözlərinə görə, etirazçıların fəaliyyətləri xalqı çox çətin situasiyaya sürükləyir. Lem Honkonq hökumətinin qəti formada bölgədə qanun və asayişi qorumaq niyyətində olduğunu bildirib. O, artıq xaosa “yox” deməyin vaxtının çatdığını vurğulayıb.