Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlıların ən çox üz tutduğu 3 ölkənin adları açıqlandı

Əmək bazarında azərbaycanlı miqrantların diqqətini ən çox çəkən ölkə Rusiyadır.

Bu fikirləri Bizimyol. Info saytına Dövlət Miqrasiya Xidməti Yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib. Bundan əlavə azərbaycanlılar küləvi şəkildə Ukrayna, Rusiya və Türkiyədə işləməyə üstünlük verirlər.

Azər Allahverənov

Rusiya ilə daha çox əmək müqaviləmiz olduğunu bildirən Allahverənov bu ölkəni əmək bazarının daha geniş, imkanlarının daha çox olduğunu da fikrinə əlavə edib.

Statistik məlumatlara görə, Rusiyanın rəsmi mənbələrindən əldə etdiyimiz məlumata görə, 600 minə qədər Azərbaycan vətəndaşı hazırda orada yaşayır. Onların da təqribən 300 minə qədəri əmək fəaliyyəti ilə məşğul olur. “Yəni 300 min insan müvafiq qaydada icazəli şəkildə əmək patenti almaqla orada işləyir. Təbii ki, qeyri-qanuni şəkildə işləyənlər də var. Sadəcə bu gün Rusiya qanunverciliyi imkan verir ki, hər bir Azərbaycan vətəndaşı 90 gün ərzində bu ölkənin ərazisində yaşasın, daha sonra bu müddət bitdiyi zaman yenidən Rusiyaya keçib öz işini davam etdirsin. Amma bu, bir çox hallarda qeyri-qanuni müstəvidə baş verir. Yəni kimsə özü üçün iş yeri qurur. Bununla da heç bir əmək münasibətləri rəsmiləşdirmədən öz iş yerini kənardan idarə etmiş olur. Sadaladığım bu kimi əlamətlərə görə Rusiya birinci yerdədir”.

Ukraynada 50 mindən çox, azərbaycanlı əmək fəaliyyətindədir. Bundan bir qədər az sayda vətəndaşımız işləmək üçün Türkiyəni seçib.

Sədrin sözlərinə görə, Almaniya, Çexiya və Skandinaviya ölkələrində işləmək istəyənlərin sayı artıb.

Qeyd edək ki, son illər Avropanın inkişaf etməkdə olan ölkələrindən olan Polşa da əmək bazarını genişləndirərək, əmək miqrantlarına əlverişli şərtlərlə iş imkanları təqdim edir.O cümlədən İslandiya işçi qüvvəsi az olduğuna görə ölkəyə gələn əmək miqrantlarını maneəsiz qəbul edə bilir.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »