Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lahıcın yolları daşlı- Fotoreportaj
Azərbaycanın cənnət güşəsi Lahıca düşdü yolum.İlk onu deyim ki, məni Lahıcdan çox, Lahıca aparan yollar heyran etdi. Uçurumların kənarıyla salınmış dar avtomobil yolları, əzəmətli yaşıl dağlar, daha sonra bu yaşıl dağları əvəz edən zəhmli yalçın qayalıqlar. Başını qaldırıb baxanda papağını başından salan bu qayalara baxınca düşünürsən ki, tükdən asılmış kimi görünən o qayaların, o daşların birinin üstünə bir quş qonsa bu dəqiqə qopacaq, dağlar nəriltiylə üzüaşağı axacaq.

Cadar- cadar dağların yolları kəsib bu kəndləri sivilizasiyadan ayırmaması üçün yol kənarlarına buldozerlər qoyulub. Yollara axmış daşı , çınqılı tez- tez təmizləsinlər deyə. Əvvəllər atlarla, ulaqlarla gedilən bu yollar iki avtomobilin keçməsi üçün yaramır və təhlükəlidir.

Sıldırımlar qoynunda yaşayan qartal ruhlu adamların məskənidir bura. Lahıclıların maraqlı təbiəti var. Burda onlar maskasız, təbii hallarındadırlar. Qonaqpərvərlik edəcəm deyib əsl üzlərini gizlətmədən yaşayırlar. Bəlkə Bakıda və ya digər ölkələrdə turistlərə edilən yüksək səviyyəli xidmətdən sonra lahıclıların doğal halları bir az qəribə görünə bilər. Amma elə etnik turizmin də gözəlliyi bundadır. Sadə xalqı sadə xalqın öz dilindən eşitmək lazımdır, hər hansı məmurun dilindən deyil.

Daşı, torpağı qızıldır bu yerlərin. Mövsümi xarakter daşısa da burda qazanc əldə etmək çətin deyil. Bir ağacın altına bir masa açıb, yaydığı kətəni, qutabı satsa, bir samovar qaynatsa ən az iki turist cəlb edə bilər.Lahıcın ekranlardan adətən bir küçəsini görürük. Turistlər əsasən alış- veriş edilən bir uzun küçəni görürlər. Bu küçə bir az İçəri şəhəri andırır.

Turizm məqsədi ilə qədim üslubu qorumaqla təmir edilmiş evlər insanda maraq doğurur. Dalanlarda, arxa küçələrdə isə öz qədim görünüşünü qoruyub saxlamış yastı- yamalaq, çay daşlarından tikilmiş evlər var.

Bir çoxları ən ən cüzi imkanlardan istifadə edərək qazanc götürür bu yerlərdə. Bulaq sularını sataraq. Bunun üçün su bidonlarını bir ağacın dibində depolayır, gəlib yaxından keçən avtomobillərə satırlar. Suları isə həqiqətən dadlı və sərindir.Hər daşının altında bir tarix yatır. Damcılı bulağın öz hekayəsi var, Çömçə bulağın öz hekayəsi. Getdiyim yollara əsasən onu deyə bilərəm ki, qışda bu dağlara çıxmaq şəhər adamına heç də asan gəlməz. Amma yayda gedib görməyə nəinki dəyər, hətta vacibdir.Özünü buralarda bütöv bir Azərbaycanın parçası kimi hiss edə bilirsən, o zirvələrdən vətən torpağının gözəlliyini görə bilirsən.Və əmin olursan ki, sənin ölkən dünyanın ən gözəl ölkəsidir.

İlhamə Rəsulova

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
››› Rusiyadakı xarici vətəndaşların müvəqqəti yaşayış müddəti uzadılacaq
Son xəbərlər
Bütün xəbərlər »