Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ-ın qlobal rəqibi İran deyil, Çindir"

Bizimyol.info müstəqil ekspert Dmitri Verxoturovun oxu.az-a müsahibəsini təqdim edir.

- Vaşinqton və Tehran arasında Hörmüz boğazı vasitəsilə neft daşımaları ətrafında qarşıdurma davam edir. Bu məsələdə gərginliyin pik həddi geridə qalıbmı? Sizcə, Donald Tramp ABŞ-da növbəti prezident seçkiləri ərəfəsində Tehranla hərbi əməliyyatları qızışdırmağa risk etməyəcək? Yoxsa hərbi münaqişə qaçılmazdır?

- ABŞ-ın Hörmüz boğazında nəyə nail olmaq istədiyini anlamaq üçün Vaşinqtonun hərbi-siyasi strategiyası haqqında müəyyən təsəvvürə malik olmaq lazımdır. Amerikalılar xərcə düşməmək və itki verməmək üçün çox vaxt təzyiq göstərmək, qorxutmaq taktikasından istifadə edirlər. ABŞ hesab edir ki, düşmən qorxacaq və ondan tələb etdiyi bütün hər şeyi edəcək.

Belə taktika həmişə səmərəli olmur. Bu cür taktikanın faydası odur ki, ABŞ hərbi büdcəsindən vəsait xərcləmir, silahlarından istifadə etmir və itki vermir. Əgər alınmırsa, uğursuzluq minimuma başa gəlir.

İranla bağlı məsələdə də qoşun yeritmədən təzyiqdən istifadə olunur. İran ikinci dərəcəli hədəfdir, bu, ABŞ-ın əsas qlobal rəqibi olan Çin üçün neft mənbələrindən biridir. Birləşmiş Ştatlar üçün İranı təzyiqlər göstərərək yıxmaq yaxşı olardı, çünki bu, Çinə çox pis təsir edəcək. Alınmasa, bu da dözümlüdür, çünki dəniz kommunikasiyaları uğrunda əsas qarşıdurma Cənubi Çin dənizində olacaq. ABŞ və onun regiondakı müttəfiqləri qarşıdurmaya olduqca intensiv hazırlaşırlar. Mən belə məsələləri ABŞ-dakı seçkilərlə əlaqələndirməzdim. Stavkalar qazanılmış seçkilərdən daha yüksəkdir.

- ABŞ-ın dövlət katibi Mayk Pompeo Tehranda İran xalqı üçün “müharizə” ilə çıxış etmək istədiyini bildirib. Tehran hakimiyyəti onun ölkəyə girişinə icazə vermədi. Bu, Ağ Evin atdğı addımları necə xarakterizə edir və ABŞ-ın mövcud məsələ üzrə gücünü, yaxud zəifləyini göstərir?

- Pompeo kəskin hissləri sevir. Lakin o, istədiyinə nail oldu. Onun məqsədi İran rejiminin zəif olub-olmadığını başa düşmək idi. Ona viza verilməyəndə başa düşdü ki, İran ideoloji baxımdan zəifdir. İslam İnqilabı Keşikçiləri Korpusunun radikallarından ibarət böyük kütlə toplayaraq Pompeonun çıxışı zamanı hansısa hadisə hadisə törətmək, məsələn, dövlət katibinin çıxış etdiyi telestudiyanı basqınla ələ keçirmək olardı. İranlılar Pompeo ilə sözdə mübarizə apara bilmirlərsə, onlardan hərbi cavabı gözləmək də çətindir.

- Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu yanında Beynəlxaq Araşdırmalar İnstitutunun Sivilizasiyaların Tərəfdaşlığı Mərkəzinin direktoru Veniamin Popov bəyan edib ki, Qərbin, xüsusən də ABŞ-ın təsirinin pik səviyyəsi geridə qalıb. Vaşinqton heç bir yerdə uğur qazanmadı. Ekspert qeyd edib ki, Suriya, Koreya, Venesuala alınmadı, onları İranla da eyni şey gözləyir. Bu mövqe ilə razısınızmı?

- Əfsus ki, ekspert ABŞ strategiyasını anlamır. Bütün bu hədəflər ikinci dərəcəlidir. Birləşmiş Ştatlar onlara çoxlu resurs sərf etməyə və dəyərli hərbi resurs xərcləməyə hazırlaşmır. İranla da belə ola bilər. Lakin bu, ABŞ-ın strategiyasına həlledici təsir göstərmir. Belə uğursuzluqlar ehtimal edilirdi.

- ABŞ avqustun 2-də “Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında” müqavilədən rəsmi olaraq çıxdı. Vaşinqton bu addımın səbəblərindən biri kimi Çin faktorunu qeyd edir. Çin hərbi potensialını inkişaf etdirir, orta və yaxın mənzilli raketlərin məhdudlaşdırılması ilə bağlı heç bir məhdudiyyəti yoxdur. ABŞ-ın müqavilədən çıxmasının hansı nəticələri olacaq?

- Amerikalılar müqavilədən çıxmaqla quruda yüksək dəqiqlikli silahın inkişafı üçün zəmin hazırlayırlar. ABŞ-ın dənizdə və havada bu növ silahları var, onları qurudakı daşıyıcılara quraşdırmaq elə də çətin deyil, lakin müqavilə bunu qadağan edirdi. Dəqiqliyi yüksək olan raket hətta nüvə silahı ilə təchiz olunmasa belə, yerüstü əməliyyatda, xüsusən də yaxşı təchiz olunmuş və hazırlıqlı düşmənə qarşı ciddi arqumentdir. ABŞ-da başa düşürlər ki, Çin və ya Rusiyanın orduları İraqın dağıdılmış ordusundan xeyli güclü olacaq, məsələn, onlarla müharibə aparmaq üçün əlavə arsenal lazımdır.

Son xəbərlər
Bütün xəbərlər »