Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Kənd təsərrüfatı dövlət üçün yardımlar üzərində qurulmuş sosial sahədən biznes sahəsinə çevriləcək”

Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisi görülən işlərdən və hədəflərdən danışdı

Ölkənin ərzaq təhlükəsizliyi onun iqtisadi və milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Odur ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramları qəbul edib. Bu sənədlər dünya ərzaq bazarında müşahidə olunan qeyri-sabitliyin ərzaq məhsullarının qiymətinə təsirinin neytrallaşdırılmasına və ərzaq bazarının idxaldan asılılığının aradan qaldırılmasına xidmət edir.

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə kənd təsərrüfatı sahəsi xüsusilə vurğulandı. Dövlət başçısı bildirdi ki, bu ilin 6 ayı ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artıb.

Bizimyol.info-nun əməkdaşı bu sahədə əldə edilən uğurlar və hədəflərlə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisi Nicat Nəsirli ilə həmsöhbət olub. Müsahibəni təqdim edirik:

-Nicat bəy, Azərbaycanın kənd təsərrüfatı sahəsində bu ilin 6 ayı ərzində əldə edilən böyük nəticələr hansılardır?

-Son illər ölkədə həyata keçirilən iqtisadi islahatlar, bunun fonunda aqrar sektorun dəstəklənməsi artıq makroiqtisadi göstəricilərin formalaşmasına öz təsirini göstərməkdədir. Artıq ölkə başçısı səviyyəsində bu ilin 6 ayı ərzində aqrar sahədə 13 faizlik artımın əldə olunması elan edilib, kənd təsərrüfatının ÜDM-dəki payı 5,6-ə çatıb. Ən böyük nəticələr bitkiçilikdə əldə edilib, təhlillər göstərir ki, xüsusi ilə son bir neçə ildə bu sahənin birbaşa və dolayı subsidiyalaşmağa cəlb edilməsi, idarəetmənin təkmilləşdirilməsi və digər tədbirlər bitkiçilikdə iqtisadi aktivliyin daha da artmasına təsir göstərib. İllər üzrə əkin dövriyyəsinə cəlb edilən torpaq sahələrinin artması, məhsuldarlıq göstəricilərinin yüksəlməsi bitkiçiliyin gəlirli biznes sahəsi kimi formalaşmasını müəyyən edib. Bütün dünyada olduğu kimi bizdə də bitkiçilik əhalinin qidalanma payı və heyvandarlığın yem bazasının təmin olunmasında xüsusi payı var. Bu ilki göstəricilərə görə, bitkiçiliyin əkin sahəsi 1 milyon hektarı aşıb, bu cür iqtisadi aktivliyin artmasında məqsədli dövlət tədbirlərinin xüsusi rolu var.

-Bu sahəyə nə qədər subsidiya yönəldilib?

-Hər il bu sahəyə 300 milyon manatdan çox subsidiya məbləği yönəldilir. Bu subsidiyalar 15 istiqamət olmaqla əkinlərə, mator yağı və yanacaqlara, gübrələrə, texnika və texnoloji avadanlıqların güzəştli satışı və bir çox sahələri əhatə edir.

-Nicat bəy, növbəti illərdə kənd təsərrüfatı məhsullarının artımında hansı sahənin payı artacaq?

-Dinamika göstərir ki, növbəti illərdə bitkiçiliyin kənd təsərrüfatı məhsullarının artımında payı daha da artacaq. Çünki, sevindiricidir ki, fermer və sahibkarlarımız yeniliklərin, səmərəli əkin-becərmə texnologityalarının, sertifikatlaşdırılmış toxum materillarıəndan istifadəyə marağı böyükdür, bu istiqamətdə həvəslə axtarışlar aparırlar.

Ümumilikdə, kənd təsərrüfatı bazarında xidmətlərin təkmilləşdirilməsi də artıma təsir edən amillərdən hesab olunur. Hər bir rayonda yaradılmış Dövlət Aqrar İnkişaf Mərkəzləri fermerlərə 40 adda xidmətlər göstərirlər ki, bu mərkəzlər sayəsində torpaq adamları vaxt itkisi, ehtiyaclar ucbatında istehsalda fasilələrin yaranması kimi problemlərdən azad olublar.

-Qarşıdan Qurban bayramı gəlir. Adətən bayramqabağı heyvandarlıq sahəsi medianın müzakirə mövzusu olur. Əhalinin ət məhsulları ilə təmini üçün xaricdən ölkəyə heyvanların gətirildiyi iddia olunur. Otlaq sahəsinin azalması səbəbindən heyvandarlığın inkişaf etmədiyi bildirilir. Bu sahədə vəziyyət necədir?

-Bu ilin 6 ayl ərzində heyvandarlıq sahəsində də 2,9 faizlik artım əldə olunub. Heyvandarlıqda artım faktorlarını şərtləndirən amillər cins tərkibinin dəyişdirilməsi sahəsində ölkəyə məhsuldar mal-qaranın gətirilməsi, Göygöl rayonunda ixtisaslaşmış müasir süni mayalanma mərkəzinin yaradılması ilə fermerlərdə bu innovativ texnologiyaya marağın artması, hər buzov başına ayrıca subsidiyanın verilməsi, eləcədə son illər ölkədə qüvvəli yemçilik sahəsinin genişənməsidir. Növbəti illərdə heyvandarlığın innovativ metodlarla inkişafı, örüş-otlaq sahələrinin bərpası yönündə dövlət proqramının hazırlanması və həyata keçirilməsi sayəsində ölkəmizin heyvandarlıq potensialı daha da güclənəcək. Əsas hədəf əhalinin ət və ət məhsulları ilə təminatının yüz faiz həcmində təmin etməkdir.

-Müstəqil ekspertlər dəfələrlə iddia edib ki, sahələrdən məhsulun yığılması üçün texnika çatışmır. Bu da məhsul qıtlığına və qiymət artıma səbəb olur. Bu sahədə vəziyyət necədir?

-Bu gün kənd təsərrüfatının gəlirliliyi texnika və texnoloji avadanlıqsız müəyyən etmək mümkün deyil. Lizinq qaydalarının liberallaşdırılması, “Aqrolizinq” ASC-nin bazardan çəkilərək təchizatçı şirkətlərin bazar iştirakçılarına çevrilməsi nəticəsində bazarda rəqabət mühiti yaranıb və nəticədə qiymətlərdə xeyli dərəcədə ucuzlaşma yaranıb ki, bu da torpaq adamlarının texnikalara əlçatanlığını, təsərrüfatların mexanikləşdirilməsini, əl əməyinin aradan qaldırılmasına imkan verib. Texnikadan istifadə məhsulun maya dəyərinin ucuzlaşmasına səbəb olur ki, nəticədə məhsulların bazar rəqabətinə daha davamlı olmasını təmin edir.

Nicat Nesirov - meyve

-Kənd təsərrüfatı məhsullarının ixracında hansı yeniliklər var?

-Bazar şərtlərinin əlverişli olması son illər ixracın strukturuna ciddi təsir göstərməkdədir. İxrac olunan məhsullar sırasında qeyri-neft məhsulları - kənd təsərrüfatı məhsullarının artması ən diqqətçəkən məqamdır. Son bir il ərzində gömrük-keçid şərtlərinin fermerlər üçün asanlaşdırılması, “Yaşıl dəhliz”lərin açılması ixracın kəmiyyət və keyfiyyət göstəricilərini müsbət təsir göstərib. Nəzərə alsaq ki, ilin ilk 6 ayında 411 milyon dollarlıq nəticə əldə olunub, deməli ilin ikinci yarısında bu göstərici daha da artacaq. İxrac prosesinin intensivləşdirilməsi kəndlilərimiz üçün xüsusi əhəmiyyət daşıyır, çünki, əksər məhsullar üzrə ölkə təlabatından artıq məhsul istehsalı həyata keçirilir. Hər il bir sıra məhsullar üzrə daxili bazar istehlak yükünu götürə bilmir. Hesab edirik ki, qeyri-sabit iqlim şərtləri ilə bağlı yaxın Rusiya, Şərqi Avropa və Ərəb ölkələrinin bazarlarında Azərbaycan məhsulları üçün əlverişli mühit yaradıb, bu amildən istifadə edərək ixrac potensialını daha da artırmaq mümkündür.

-Kənd təssərüfatı ilə bağlı qəbul edilmiş proqramlar və görülən işlər var. Hədəfiniz nədir?

-Ümumilikdə, 2019-cu ilin altı ayının yekunları deməyə əsas verir ki, artıq kənd təsərrüfatı dövlət üçün “yardımlar üzərində qurulmuş sosial sahə”dən aktivliyi ilə seçilən biznes sahəsinə çevrilməkdədir. Yaxın illərdə əhalinin məşğuliyyətindən çıxmış pambıqçılıq, barama istehsalı, yem bitkilərinin əkinin bərpa olunması regionlarda məşğulluq səviyyəsinin yüksəlməsinə öz təsirini göstərməklə yanaşı, aqrar sektorda gəlirlilik səviyyəsini daha da yüksəldəcək.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »