Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənbaşı xalq qarşısına at belində çıxdı

Türkmənistan Prezidenti Qurbanqulı Berdiməhəmmədov aradan on gündən də çox keçəndən sonra ilk dəfə dövlət televiziyasında görünüb. Türkmən televiziyasının "Vatan" proqramı xəbər verib ki, Berdiməhəmmədov məzuniyyəti zamanı aktiv istirahətlə məşğul olur.

“Azatlık” radiosu isə xəbər verib ki, axşam efirində Türkmənistan liderinin velosiped sürdüyü, at belində gəzdiyi və avtomatik silahdan atəş açdığı barədə reportaj nümayiş olunub.

Bundan əlavə, dövlət televiziyasının məlumatına görə, Berdiməhəmmədov idman avtomobilinin sükanı arxasında Karakum səhrasından keçərək əhali arasında "Cəhənnəm qapıları" adı ilə daha yaxşı tanınan yanan qaz krateri Darvaza qədər uzun bir məsafə qət edib...

Qeyd edək ki, Rusiyanın Baş naziri Dmitri Medvedev ilk Xəzər İqtisadi Forumunda iştirak etmək üçün 11-12 avqust tarixlərində Türkmənistana səfər planlaşdırır.

Bu barədə hökumət başçısının mətbuat xidməti məlumat yayıb.

“Azattık” radiosu isə bəyan edib ki, səfər çərçivəsində onun Türkmənistan Prezidenti Qurbanqulı Berdiməhəmmədovla görüşü və ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub.

Q.Berdiməhəmmədovun iyulun 5-dən sonra ictimai arenada, o cümlədən Avropa İttifaqı Xarici İşlər Nazirliyinin rəhbəri Federika Mogerininin iyulun 6-da Aşqabada səfəri zamanı görünməməsi, Türkmənistan Prezidentinin səhhəti ilə bağlı bəzi fərziyyələr doğurub. Hakimiyyət təmsilçiləri dəfələrlə Prezidentin avqustun 15-dək məzuniyyətdə olduğunu bildiriblər. Planlaşdırılan Xəzər forumu isə onun məzuniyyətinin rəsmən başa çatmasından əvvəl başlayacaq.

İyulun 15-də Türkmənistanın dövlət mediası 62 yaşlı Qurbanqulı Berdiməhəmmədovun yeni kitab üzərində işlədiyi və nəvələri ilə oynadığı barədə video nümayiş etdirdi. İyulun 25-də, doqquz günlük fasilədən sonra isə Türkmənbaşı dövlət televiziyasının kameraları qarşısına çıxdı və Aşqabad şəhərinin gələcəyi ilə bağlı bir sıra tikinti layihələrini təsdiqlədi. Yeri gəlmişkən, bu məlumatı “Türkmən Dövlət Xəbərləri” agentliyi yaymışdı. (virtualaz.org)

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› Rusiya Türkiyənin Ukraynaya dəstəyindən narazılığını bildirib
Son xəbərlər
Bütün xəbərlər »