Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Türkiyənin Suriyada əməliyyatlara başlayacağından narahatdır

Rəsmi Vaşinqton Türkiyənin Suriya ərazisində, Fərat çayının şərqində hərbi əməliyyatlar aparmaq niyyətindən narahatdır və bunu qəbuledilməz hesab edir.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Morqan Ortequs deyib.

“Suriyanın şimal-şərqində, əsasən də ABŞ hərbi qulluqçularının yaxınlıqda yerli suriyalı tərəfdaşları ilə birgə İŞİD-ə qarşı döyüşdüyü müddətdə bu cür birtərəfli hərbi əməliyyatlar ciddi narahatlıq doğurur. Biz bunun kimi istənilən addımları qəbuledilməz hesab edirik və belə olan halda Türkiyəni bir daha bizimlə birlikdə hərəkət etməyə çağırırıq”, - deyə Ortequs bildirib.

O, həmçinin əlavə edib ki, ABŞ təhlükəsiz zona ilə bağlı Türkiyə ilə intensiv müzakirələri davam etdirir.

“Biz bu danışıqların sərhəd zonasında təhlükəsizliyin təmin edilməsində yeganə yol olduğunu düşünürük. Türkiyənin istənilən razılaşdırılmamış hərbi əməliyyatları bu ümumi marağı pozur”, - deyə Dövlət Departamentinin rəsmisi vurğulayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun Suriyada, Fərat çayının şərqində hərbi əməliyyatlara başlayacağını açıqlayıb. Onun sözlərinə görə, rəsmi Ankara bununla bağlı Rusiya və ABŞ-ı xəbərdar edib. Adıçəkilən əməliyyatın başlayacağı müddətlə bağlı türkiyəli prezident heç bir söz əlavə etməyib. Fərat çayının şərq sahillərinə hazırda ABŞ-ın dəstəklədiyi PKK kürdləri nəzarət edir.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Azərbaycan efirində təhlükəli vəziyyət: “Bu, tezliklə həll olunmalıdır”
››› Prezident Qubadlıda məscidi sökənlərlə bağlı tapşırıq verdi
Son xəbərlər
Bütün xəbərlər »