Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Türkiyə Suriyada yenidən əməliyyata başlayacaq” - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada yenidən antiterror əməliyyatların başlayacaqlarını bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ərdoğan Bursadakı çıxışı zamanı deyib:

“Suriya, torpaqlarından ölkəmizə yönəlmiş təhdidləri aradan qaldırmaq üçün hərəkətə keçəndə bizə “Afrin şəhər mərkəzinə girməyin” deyə xəbərdarlıq edirdi. Ancaq biz Afrinə, Cerablusa, əl-Baba girdik. Indi də Fərat çayının şərqinə girəcəyik. Biz bunu Rusiyaya da, Amerikaya da demişik. Çünki Suriyadan təhlükə davam etdikcə bizim səssiz qalmağımız mümkün deyil. Biz bir yerə qədər səbr edərik. O səbrin də bir sonu var”.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »