Türkiyənin İzmir şəhərində 3,2 bal gücündə zəlzələ olub.
Axar.az xəbər verir ki, zəlzələ şəhərin mərkəzində və ətraf mahallarda hiss edilib. Bir neçə saniyə davam edən təkanlar əhali arasında təşvişə səbəb olub.
Zəlzələ nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.