Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Asiyada ortamənzilli raketlər yerləşdirəcək

Tramp administrasiyası ABŞ-ın Rusiya ilə soyuq müharibə dövründə bağlanmış silahlara nəzarət haqqında müqavilədən rəsmən çıxandan sonra bir neçə ay ərzində Sakit okean regionunda ortamənzilli raketlər yerləşdirmək niyyətindədir.

ABŞ-ın Müdafiə naziri Mark Esper bunu Avstraliyaya yola düşərkən deyib.

Esper onu da əlavə edib ki, daha mükəmməl yerüstü raketlər hazırlanması üçün vaxt lazım olacaq. Müdafiə nazirinin fikrincə, bu addım, ehtimal ki, Çini qəzəbləndirəcək, amma “Pekin buna təəccüblənməməlidir”.

AzərTAc xatırladır ki, ortamənzilli və qısamənzilli raketlərin məhv edilməsi haqqında müqavilənin müddəti avqustun 1-də başa çatıb və ABŞ bildirib ki, həmin müqaviləyə uyğun olaraq əvvəl qadağan edilmiş yeni raketlərin sınaqlarına başlamağı planlaşdırır.

Esper Avstraliyadan sonra Yeni Zelandiyaya, Yaponiyaya və Cənubi Koreyaya səfər edəcək.

Paylaş »
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Navalnı “Qurani-Kərim”ə görə həbsxananı məhkəməyə verdi
Son xəbərlər
Bütün xəbərlər »