Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fars körfəzi üzərində Amerika “qartalları”

Fars körfəzi üzərində Amerikanın yüksək dəqiqlikli silahlarla təchiz edilmiş F-15E Strike Eagles qırıcıları növbə çəkir.

Həmin qırıcılar İranın regionda gəmiçiliyə mane ola bilən kiçik gəmilərini kütləvi şəkildə məhv etmək üçün göndərilib.

Virtualaz.org xəbər verir ki, söhbət yüksək dəqiqlikli kaset bombalardan və “məsələn, İnqilab Keşikçiləri Korpusunun o qədər də böyük olmayan sürətli qayıqlarını” məhv etmək üçün işə yarayan digər silahlardan gedir. Bildirilir ki, F-15E qırıcıları regionda İranın neft tankerlərinə hücumları fonunda peyda olub.

Portal ABŞ Hərbi Hava Qüvvələrinin 380-ci ekspedisiya eskadrilyasının qərargahının iyulun 31-də yaydığı rəsmi məlumata istinad edir. Məlumatda bildirilirdi ki, F-15 zərbə qırıcıları Fars körfəzi üzərində döyüş növbətçiliyi və Ormuz körfəzindən keçən hərbi-dəniz gəmilərini müşaiyət etmək üçün regiona göndərilib. Məlumatda F-15E “ikili təyinatlı qırıcı” kimi təqdim olunur. Bu təyyarələr həm hava, həm yerüstü hədəflərlə mübarizə apara bilir.

Təyyarələr iyun ayında Birləşmiş Ərəb Əmirliklərindəki ABŞ hərbi bazasına F-35A Lightning II qırıcıları ilə birlikdə göndərilib. Təyyarələr “hava-yer” tipli silahların geniş çeşidi ilə təchiz edilib və həmin silahlar “dəyişən vəziyyətə effektiv reaksiya verməyə” imkan yaradır.

Məqalə müəllifi təyyarələrin fotolarına əsasən onların təchiz olunduğu silahların bəzilərini analiz edib. Belə ki, F-15 qırıcılarının qanadları altında GPS-lə idarə olunan, küləyə qarşı nizamlayıcı ilə təchiz edilmiş və müxtəlif tipli sursatların daşınması üçün nəzərdə tutulan konteynerlər quraşdırılıb. İndiki halda təxmin edilir ki, təyyarələr sensorlu partlayıcıya malik GBU-105/B bombalarını daşıyır. Məhz bu sursat kiçik katerləri kütləvi şəkildə məhv etmək üçün ideal şəkildə işə yarayır. İran son vaxtlar həmin katerlərdən Hörmüz boğazında neft tankerlərinə hücum etmək üçün istifadə edir.

Dərc edilmiş fotolarda regiona üzərində patrul uçuşları həyata keçirən F-15 qırıcılarının təchiz olunduğu digər sursatlar da görünür. Onlardan biri 500 funtluq Paveway II GBU-12/B, digəri 2000-funtluq Paveyway III GBU-24/B bombalarıdır. Sonuncu sursat İran donanmasının istənilən gəmisini məhv edə bilər.

Habelə hər F-15 qırıcısı təkmilləşdirilmiş iki AMRAAM AİM-120C “hava-hava” raketi daşıyır, o cümlədən yaxın radiuslu, dronlara və təyyarələrə qarşı mübarizə aparmağa imkan verən AIM-9X Sidewinder raketi ilə təchiz olunub. Bildirilir ki, 2017-ci ildə F-15 qırıcıları dəfələrlə Amerikanın başçılıq etdiyi koalisiyanı təhdid edən İran pilotsuz aparatlarını vurub. Həmin raketlər sürətli manevrlər edən kiçik katerlərə qarşı da effektlidir.

Portal onu da müəyyən edib ki, regiona göndərilmiş F-15 qırıcıları həm yüksək dəqiqlikli vizuallaşmaya imkan verən, həm silahları eyni vaxtda yerüstü və dəniz hədəflərinə tuşlaya bilən məxf radar kompleksi (Active Electronically Scanned Array) ilə təchiz ediliblər.

Fars körfəzi üzərində patrul xidməti həyata keçirən qırıcıları regionda yerləşdirilmiş digər təyyarələrlə və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə birlikdə işləyir.

Xatırladaq ki, iyulun 19-da ABŞ regionda neft tankerlərini və digər gəmiləri müşaiyət etmək üçün “Keşikçi əməliyyatı” adlı missiya başladıb. Amerika komandanlığı bu missiyanın koalision olacağını bildirir. Hərçənd ABŞ missiyaya tərəfdaş cəlb etməkdə çətinlik çəkir.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
Son xəbərlər
Bütün xəbərlər »