Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada azərbaycanlı ilə iranlı arasında insident

Almaniyanın Butsbax şəhərinin Qessen federal torpağında 21 yaşlı azərbaycanlı və 20 yaşlı iranlı arasında münaqişə baş verib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Frankfurter Neue Presse” nəşri yazıb.

Məlumata əsasən, adları açıqlanmayan gənc insanlar arasında münaqişə şəhər çörək sexinin qarşısında yaşanıb. Belə ki, qısa mübahisədən sonra iranlı həmin ərazini tərk etmək qərarına gəlib. Gözlənilmədən o, üstünə azərbaycanlının idarə etdiyi “Volkswagen Golf” markalı avtomobilin gəldiyini görüb. İranlı avtomobilin ön hissəsinə tullanıb, daha sonra isə yerə yıxılıb. Yüksək sürətlə idarə olunan avtomobil sexin divarına çırpılıb.

İranlı miqrant xəsarət alıb, azərbaycanlı isə hüquq mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Sonuncudan alkoqol və narkotik analizləri götürülüb. Azərbaycanlının qohumlarının polisə verdiyi məlumata görə, gəncin psixoloji problemləri var və psixiatrik klinikada müayindən keçmək istəmir.

Polis əməkdaşları gənc azərbaycanlını qohumlarına təhvil verib. Buna baxmayaraq, şəhər prokurorluğu baş vermiş insidenti araşdırmaqda davam edir.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »