Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-dan Rusiyaya növbəti sanksiya dalğası: Dollar bahalaşdı

Amerika Rusiyaya qarşı Skripal işinə görə ikinci böyük sanksiya paketinin tətbiqinə qərar verib. ABŞ Dövlət Departamenti avqustun 3-də bunu rəsmən açıqlayıb.

Bizimyol.info xəbər verir ki, sanksiyalar avqustun 17-dən qüvvəyə minəcək və ən azı, bir il davam edəcək.

Dövlət Departamenti bəyan edib ki, yeni sanksiyalar paketi çərçivəsində Amerika Dünya Bankı, Beynəlxalq Valyuta Fondu kimi böyük beynəlxalq maliyyə təşkilatlarının Rusiyaya kredit ayırması, maliyyə və ya texniki yardımlarının qarşısını almağa çalışacaq.

Yeni sanksiyalar nəticəsində Rusiya ilə ABŞ arasında ticarət dövriyyəsinin milyardlarla dollar azalacağı bildirilir.

Dövlət Departamentinin mətbust katibi Morqan Ortaqus “Tvitter” hesabında yazıb ki, Rusiyaya qarşı yeni sanksiyaların səbəbi bu ölkənin Skripalın ölümünə görə məsuliyyəti üzərinə götürməməsi, kimyəvi silahdan istifadədən imtina etməməsidir.

Amerika tərəfi bəyan edib ki, əgər Rusiya müfəttişlərin nəzarəti altında kimyəvi silahdan imtinaya, bir də Skripal işində zəhərlənənlərin ailələrinə kompensasiya ödəməyə razılıq versə, yeni sanksiyalar paketi ləğv oluna bilər.

Bir gün öncə Amerika mediası prezident Donald Trampın Rusiyaya qarşı yeni sanksiyalar barədə əmr imzalaması xəbərini yayımlayandan sonra beynəlxalq bazarda dollar və avro bahalaşıb.

Ötən il martın 4-də keçmiş zabit Sergey Skripal və onun qızı Yuliya Böyük Britaniyada zəhərlənmişdi. Britaniya iddia edir ki, onların zəhərlənməsində Rusiyanın əli var. Rəsmi Moskva isə bu iddianı təkzib edir. Bildirir ki, Britaniya bu iddia ilə bağlı heç bir sübut ortaya qoymayıb.

Təxminən bir il öncə ata-bala Skripalların zəhərlənməsilə əlaqədar Rusiyaya qarşı birinci sanksiya paketi tətbiq olunmuşdu.

Ümumiyyətlə, ABŞ son illərdə müxtəlif səbəblərdən Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib. Xüsusən “Hermitage Capital” Fondunun hüquqşünası Sergey Maqnitskinin Rusiyada təcridxanada ölümündən sonra bu ölkənin xeyli məmuruna qarşı sanksiyalar tətbiq edilmişdi.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› “İdeal”ın keçmiş sahibinin anası: “Oğlumu azğınlaşmış məmurlar parçalayıb məhv edir”
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Ramazan ayının təqvimi açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »