Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Köpək balığı ovçunun ayağını dişlədi - Video

Atlantik okeanında balıq ovlayan şəxslər köpək balığının hücumuna məruz qalıb.

REN TV xəbər verir ki, bununla bağlı video sosial şəbəkələrdə yayılıb.

Belə ki, bir qrup kişi çox da böyük olmayan yaxtada balıq ovlayarkən tilovlarına dəniz yırtıcısı düşüb. Onu yaxtanın göyərtəsinə çıxartmaq istəyərkən isə köpək balığı onlardan birinin ayağını dişləyib.

Zərərçəkmişi yırtıcının dişindən xilas etmək üçün bıçaq və əlavə dəmir alətlərin köməyindən istifadə edilib.

Ayağında 20 santimetrlik yara əmələ gələn şəxsin hazırda sağlıq vəziyyətinin normal olduğu bildirilib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »