Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib. Bıçaq xəsarətləri alan gənc oğlan Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Daşkəsən şəhərində bıçaq xəsarəti alan şəxsin kimliyi məlum olub. “Report”un Qərb Mərkəzinin məlumatına görə, bu 1992-ci il təvəllüdlü rayon sakini, Babək Alıyevdir.
Qarın və döş qəfəsindən bıçaq xəsarətləri alan gənc əməliyyat olunub, vəziyyəti kafidir.
27 yaşlı gəncin hələki məlum olmayan səbəblərdən özü-özünə bıçaqla xəsarət yetirdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.