Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
15 yaşlı qızın ölümünə görə iki nazir və paytaxtın polis rəisi işini itirdi

Rumıniyada yeniyetmə qızın qətlini yanlış şərh edən Təhsil naziri Yekaterina Andronesku istefaya göndərilib.

Bu barədə qərarı ölkənin Baş Naziri Viorika Dansila açıqlayıb.

Dövlət rəsmisinin sözlərinə görə, nazirin istefaya göndərilməsinə oğurlanaraq qətlə yetirilən 15 yaşlı Aleksandra Masesanunun ölümü ilə bağlı uğursuz fikirlərlər səsləndirməsi səbəb olub.

Qeyd edək ki, Təhsil naziri paytaxt Buxarestdə oğurlanan və sonradan qətlə yetirilən qızı “tanımadığı adamların maşınına minməkdə” təqsirləndirib. Bundan sonra sosial şəbəkələrdə Androneskunun bəyanatı ilə bağlı qızğın müzakirələr başlayıb və onu qəddar mövqe nümayiş etdirməkdə ittiham ediblər. Ciddi ictimai narazılıq fonunda Buxarestin polis rəisi Yoan Buda və Daxili İşlər naziri Nikolae Moqa da istefaya gediblər. Hüquq-mühafizə orqanlarını yeniyetmə qızın yardıma çağıran üç zənginə məhəl qoymamaqda günahlandırırlar. (qafqazinfo)

Son xəbərlər
Bütün xəbərlər »