Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanın yəhudi əsilli keçmiş naziri müxalif telekanal açır
Gürcüstanda daha bir müxalifyönlü televiziya açılacaq.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, yeni televiziyanı keçmiş müdafiə naziri David Kezeraşvilinin maliyyələşdirəcəyi deyilir.

Yeni televiziyanın direktoru vəzifəsinə Zurab Qumbaridze gətiriləcək. Artıq bununla əlaqədar hökumət müxtəlif yollarla Qumbaridzeyə qarşı təzyiqə başlayıb. Prokurorluq onun “Rustavi 2” televiziyasındakı kabinetində axtarış aparıb.

Bir sıra mətbuat orqanları isə Kezeraşvilinin yaradacağı televiziyanın sponsorlarından birinin biznesmen David Yakobaşvili olacağını vurğulayıblar. Mətbuat bu məsələdə xüsusilə Yakobaşvilinin Rusiya ilə əlaqələrinə diqqət çəkib.

Qeyd edək ki, Kezeraşvili əslən yəhudidir. O, 2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri olub.

Bir müddət əvvəl “Rustavi 2”nin baş direktoru Nika Qvaramiya da yeni televiziya yaradacağını açıqlamışdı.

Son xəbərlər
Bütün xəbərlər »