Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əri tərəfindən bıçaqlanan qadın barışmaq üçün şərt qoydu

Bakı Ağır Cinayətlər Məhkəməsində namus üstündə arvadını bıçaqlamaqda təqsirləndirilən 1985-ci il təvəllüdlü Vüqar Ələkbərovun məhkəməsi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə şahidlər dindirilib.

İttihama görə, V.Ələkbərov bir zamanlar münasibətdə olduğu Şəbnəm Ələsgərovanı bıçaqlayıb.

İclasda V.Ələkbərovun sinif yoldaşı Vüsal Əliyev deyib ki, Vüqar Moskvada olan zaman ona zəng edərək ailəsindən, evindən muğayət olmasını xahiş edib: "Mən də dedim ki, narahat olma. Nəsə problem olsa, özüm yoluna qoyacam. Dedim heç problem olmasına şərait yaratmaram".

Ş.Ələsgərova onu bıçaqlayan keçmiş sevgilisini bağışlamaq üçün evi ona hədiyyə etməsini şərt qoyub.

Ş.Ələsgərovanın ifadə verdiyi hissə ailə və intim sirlərin yayılmaması üçün qapalı keçirilib.

Hadisə 2018-ci il aprelin 10-da Xətai rayonunda baş verib. Vüqar Ələkbərov 25 yaşlı keçmiş həyat yoldaşı Şəbnəm Ələsgərovanı boyun və sinəsindən bıçaqlayıb.

Son xəbərlər
Bütün xəbərlər »