Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Barəsində sanksiya tətbiq edilən XİN başçısı Ağ Evə dəvət edilib

ABŞ prezidenti Donald Trampla görüşmək üçün İranın xarici işlər naziri Məhəmmədcavad Zərifin iyul ayında Ağ Evə dəvət edildiyi iddia olunub.

“Hurriyet” xəbər verir ki, məlumatı ABŞ-da çıxan “New Yorker” jurnalı yayıb.

Bildirilib ki, M.Zərif cari ilin iyulunda BMT-nin tədbirində iştirak etmək üçün Nyu-Yorka səfəri zamanı Donald Trampa yaxın olan Respublikaçılar Partiyasının üzvü senator Rand Paul iranlı diplomatı Ağ Evə dəvət edib.

Senator və müşaviri Duq Stafford iyulun 15-də İranın BMT-dəki daimi nümayəndələyinin ofisində Məhəmmədcavadla görüşərək İranın nüvə proqramı, körfəzdəki vəziyyəti başda olmaqla Vaşinqton-Tehran arasındakı problemləri müzakirə ediblər. Donald Tramp bu görüşlə bağlı əvvəlcədən məlumatlandırılıb.

Rand Paul M. Zərifi bu məsələləri Ağ Evdə Donald Trampa təqdim etmək üçün dəvət edib. İranlı nazir isə bu görüşün nəticəsiz olacağını, sadəcə foto çəkdirməklə yadda qalacağını vurğulayıb. O, belə bir görüşün keçirilməsi barədə qərarı təkbaşlna verə bilməyəcəyinin və Tehranla məsləhətləşməyə ehtiyac oldğunu vuruğulayıb. Tehran isə belə bir görüşün keçirilməsinə razılıq verməyib.

Qeyd edək ki, ABŞ Məhəmmədcavad Zərifə sanksiya tətbiq edib.

Xatırladaq ki, iyunun 29-da ABŞ-ın dövlət katibi Maykl Pompeo İran hakimiyyətinin Tehrana getməsi və İran xalqı ilə birbaşa danışıqlar aparmaq təklifini qəbul etmədiyini bildirib. (report)

Son xəbərlər
Bütün xəbərlər »