Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Şərurlu İsfəndiyar” kanala düşən “Bentley”dən danışdı: “Ən azı bir ata kimi…” – Video

"Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı, "Şərur" MTK-nın sədri İsfəndiyar Axundov oğluna məxsus olduğu deyilən 10 VO 200 dövlət nömrə nişanlı "Bentley Continental" model bahalı avtomobilin su kanalına düşməsi xəbərindən danışıb.

İş adamı Demokrat.az-a açıqlamasında bildirib ki, oğlunun avtomobilinin kanala düşməsi xəbəri yalandır:

"O avtomobil mənim oğluma məxsus deyil. Oğlumun avtomobili kanala düşməyib. Əgər düşsəydi, ən azı bir ata kimi bundan xəbərim olardı. O, maşın bizim deyil".

Isfəndiyar Axundov 1

Xatırladaq ki, Azərbaycanda "Bentley Continental" markalı avtomobil su kanalına düşüb.

Hadisənin detalları məlum olmasa da, görüntülərdə sürücü və digər şəxsin avtomobili su kanalından çıxarmaq üçün cəhd göstərdikləri öz əskini tapıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 10 VO 200 dövlət nömrə nişanlı "Bentley Continental" avtomobili "Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı, "Şərur" MTK-nın sədri İsfəndiyar Axundovun oğluna məxsusdur.

Qeyd edək ki, "Bentley Continental" avtomobilinin son modelinin qiyməti 430 min AZN dəyərindədir.

Paylaş »
››› “Ded Xasan”ın qətlinin üstü açılır
››› Milli Şura Bakının mərkəzində aksiya keçirib - Video
››› Bu gün “28 May”a gedən bütün prospekt və küçələr bağlanacaq
››› Əli Kərimli saxlanılıb
››› Nazir Vilayət Eyvazov polkovniki təqaüdə göndərdi
Son xəbərlər
Bütün xəbərlər »