Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Separatçıların xarici səfərləri bizim üçün ciddi siqnaldır"

"Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk gündən Dağlıq Qarabağ separatçılarını danışıqlara qatmaq istəyini israrla ortaya qoydu. Rəsmi Bakı bunu qəbul etmədi və bu məsələdə beynəlxalq vasitəçilər də Paşinyanın mövqeyini müdafiə etmədilər. Bir növ məsələyə nöqtə qoymaq olardı. Ancaq Paşinyanla separatçıların bu istiqamətdə son zamanlar ortaq siyasət həyata keçirdiyini də sezməmək mümkün deyil".

Bizimyol.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Nikol Paşinyan Qarabağa səfərini şərh edərkən bildirib.

"Əlbəttə, Paşinyanın separatçıların hazırki komandası ilə fikir ixtilafı var və Ermənistanın baş naziri Dağlıq Qarabağda gələnilki “prezident seçkisində” öz namizədinin qələbəsini arzulayır. Buna baxmayaraq, Paşinyan separatçıların indiki komandası ilə birgə siyasət yürüdür. Bu Dağlıq Qarabağda daha çox idman və digər tədbirlərin keçirilməsini təmin etməkdən və separatçılarla beynəlxalq aləm arasındakı təmasların sayının artırılmasından ibarətdir. Məsələn qısa zaman kəsiyində Xankəndində Avropadakı separatçı bölgələrin futbol turniri keçirildi, bazar ertəsi isə ümumerməni oyunları keçiriləcək. Xaricdən qonaqların qarşılanmasına hazırlaşırlar. Bundan başqa müşahidələrim əsasında deyə bilərəm ki, bu il ərzində separatçıların təmsilçiləri Avropada, ABŞ-da, hətta uzaq Avstraliyada intensiv şəkildə peyda oldular, müxtəlif görüşlər və müzakirələr həyata keçirdilər.

“Onları rəsmi səviyyədə qəbul etmirlər” deyib rahatlaşmaq lazım deyil. Əgər separatçıların xarici işlər naziri Avstraliyada bu ölkənin parlamentinin bütün komitə sədrləri ilə görüşübsə bu artıq bizim üçün ciddi siqnaldır. Halbuki, bu səfər və görüşlər Azərbaycan XİN-nin diqqətindən kənarda qaldı, Azərbaycanın Avstraliyadakı səfirinin də separatçılarının xarici işlər nazirinin görüşləri ilə bağlı hər hansı etirazını eşitmədim.

İrəvan Xankəndi ilə birgə beynəlxalq aləmdə Dağlıq Qarabağın var olduğunu praktik müstəvidə göstərməyə çalışır. Bu arada, İrəvanla Xankəndi arasında hava əlaqəsinin intensivliyi də artıb. Halbuki, keçmiş illərdə helikopterlərlə geiş-gəlişə çox risq etməzdilər və quru yolla Xankəndinə gəlirdilər. İndi isə helikopterlərin uçuşları adiləşib. Bu da bizim üçün pis alışqanlığa çevrilib. Üstəgəl Şuşa məscidini öz bildikləri kimi təmirinə girişiblər. Halbuki, keçmiş illərdə nə məscid barədə planları var idi, nə də məsələn işğal altındakı torpaqlarda köçürülmə və müəssisələrin açılışı indiki qədər intensiv idi. Bizim üçün müharibə imkanlanlarının məhdud olduğu (apreldə olduğu kimi xarici təzyiqlər nəzərdə tutulur) zamanda “İrəvanla Xankəndinin prakltik mahiyyət daşıyan planlarının qarşısını necə almalıyıq” sualı üzərində qara-qara düşünməliyik".

Paylaş »
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Hansı halda sərt karantin ola bilər...
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
Son xəbərlər
Bütün xəbərlər »