Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Abel Məhərrəmovun kürəkəni xəstəxanaya yerləşdirilib

Nəqliyyatda Baş Polis İdarəsinin Kadrlar şöbəsinin rəisi, polkovnik Azər Sadıqov xəstəxanaya yerləşdirilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Azər Sadıqov Nabranda istirahətdə olarkən anidən səhhəti pisləşib və təcili olaraq Bakıdakı özəl xəstəxanaların birinin reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda səhhəti ağırdır.

Qeyd edək ki, Azər Sadıqov Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun kürəkənidir. O, Abel Məhərrəmova məxsus olduğu deyilən “El Faro” Ailəvi İstirahət və Əyləncə Mərkəzində dincələrkən səhhətində ciddi problem yaranıb.

Abel Məhərrəmov Unikal.org-a açıqlamasında kürəkəni Azər Sadıqovun xəstəxanaya yerləşdirilməsini təsdiqləyib: “Hazırda xəstəxanada müalicə olunur. İnşaallah tezliklə səhhətində yaranan problemlər aradan qalxar”.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »