Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Messi üç ay müddətinə futol oynamayacaq

Cənubi Amerikanın Futbol Federasiyası (CONMEBOL) Argentina yığmasının forvardı Lionel Messinin 3 ay müddətinə diskvalifikasiya olunması haqqında qərar verib.

RBC xəbər verir ki, futbolçunun cəza müddəti noyabrın 3-də başa çatacaq. Bu isə Messinin milli komandanın Çili, Meksika və Almaniyaya qarşı keçirəcəyi yoldaşlıq görüşlərini buraxmalı olacağı deməkdir.

Diskvalifikasiya ilə yanaşı, Messi, həmçinin 50 min dollar məbləğində cərimə ödəməlidir.

Xatırladaq ki, CONMEBOL-a səbəb Messinin Braziliyada keçirilən Amerika Kuboku oyunları zamanı Cənubi Amerika məmurlarını tənqid etməsi olub. Argentinalı oyunçu məmurları ev sahibi olan komandanın qalib gəlməsi üçün əllərindən gələni etməkdə ittiham edib. Messinin fikrincə, çempionatda hakimlər Argentina millisinə qarşı qərəzli olublar. Sözlərinə dəlil kimi isə, o, Serhio Aquero və Nokolas Otamendiyə qarşı olan qayda pozuntusuna görə iki penaltinin təyin edilməməsini gətirib.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »