Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda məşhur azərbaycanlı həkim haqqında ağır məhkəmə qərarı

Gürcüstanda həbsdə olan azərbaycanlı həkim, “Lanset” klinikasının rəhbəri Fərman Ceyranlının cəzası ağırlaşdırılıb. Bu barədə Gürcüstanın Ali Məhkəməsi qərar çıxarıb.

Bizimyol.info xəbər verir ki, avqustun 2-də Ali Məhkəmədə F.Ceyranlının işinə baxılıb. Ali Məhkəməyə azərbaycanlı həkim özü şikayət vermişdi.

F.Ceyranlı Tbilisi şəhər Məhkəməsinin hökmüylə 6 il azadlıqdan məhrum edilmişdi. Sonradan Tbilisi Apellyasiya Məhkəməsi cəzanın müddətini 2 il 3 aya endirmişdi. Lakin bu qərar da azərbaycanlı həkimi razı salmamışdı. Təqsirsiz olduğunu iddia edən F.Ceyranlı bəraət almaq üçün Gürcüstanın Ali Məhkəməsinə şikayət vermişdi. Lakin Ali Məhkəmə gözlənilmədən bu gün işə baxaraq, onun cəzasının artırılmasına qərar verib. Qərara əsasən, F.Ceyranlı 6 illik hökm qüvvədə saxlanılıb.

F.Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, burada təhsil alıb və işləyib.1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. O, bir neçə il əvvəl Gürcüstana gedib. Orda “Lancet” klinikasının yaradıcılarından biri olub və 2017-ci il mayın 22-də həbs edilib.

O, dələduzluqda, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə ittiham olunub.

Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürülməsindən sonra vəfat etmiş bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.

F.Ceyranlı Azərbaycanda da Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən axtarışa verib. O, böyrək alverində ittiham olunur. Azərbaycanda böyrək almaq və satmaq istəyənlər öz aralarında razılaşdırdan sonra transplantasiya əməliyyatı Tbilisidə onun rəhbərlik etdiyi “Lanset” klinikasında həyata keçirilib. Bu üzdən də o, böyrək alverilə məşğul olan dəstənin üzvü kimi axtarışa verilib.

Lakin F.Ceyranlı ittihamları qəbul etmir və sifarişlə həbs olunduğunu, cəzasının ağırlaşdırılması üçün axtarışa verildiyini deyir.

Son xəbərlər
Bütün xəbərlər »