Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Facebook sizi gizlin izləyir

ABŞ-ın ictimaiyyət əleyhinə fəaliyyətini deşifrə edərək dünyada böyük əks-səda doğuran Edvard Snovden Facebook istifadəçilərini gizlicə izlədiyini iddi edib.

Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, əvvəllər ABŞ-ın Milli Təhlükəsizlik Agentliyində (NSA) sistem analitiki kimi işləyən Snovden Facebook istifadəçilərini gizlicə izlədiyini iddia edərək Tvitter hesabından etdiyi paylaşımda bu cür şirkətlərin istifadəçilərinə gizli izlənmə ilə necə mübarizə aparmağın yollarını da açıqlayacağını yazıb.

“Növbəti həftələrdə Facebook, İnstagram, Youtub-un sizi casus kimi necə izlədiklərini və sizin haqqınızda nə qədər məlumat sahibi olduqlarını necə məhdudlaşdırmağın yollarını açıqlayacam. Onlardan istifadə edirsinizsə gözünüz açıq olsun” ifadələrini işlədən Edvard Snovden 2013-cü ildə böyük səs-küy doğuran deşifrə olayında təkbaşına olmadığını, jurnalistlərlə birgə çalışaraq etdiklərini vurğulayıb.

Qeyd edeək ki, Snovdenin tərcümeyi-halını yazdığı kitabı sentyabrdan işıq görəcək.

Aləmdə Nəsib

Son xəbərlər
Bütün xəbərlər »