“Barselona”ya yeni transfer olunan Antuan Qrizmann üçün burada asan olmayacaq. İspaniya mətbuatı klubun lider futbolçularının fransızla soyuq davrandığını yazır.
Bizimyol.info xəbər verir ki, Luis Suares məşq zamanı Qrizmann ilə maksimum göz-gözə gəlməməyə çalışıb. Onlar bir-birinin üzünə heç baxmayıblar. Hərçənd, ilk salamlaşan da Suares olub.
Lionel Messi isə Qrizmannı “Barselona”ya keçidinə görə təbrik etməyib. Suares fransızla nə qədər soyuq davransa da, ona zəng vurub təbrikini çatdırıbmış.
Qrizmann “Barselona”ya “Atletiko”dan gəlib. Onun transferinin 120 milyon avroya başa gəldiyi bildirilir. “Atletiko” “Barselona”dan daha 60 milyon avro qoparmağa çalışır.