Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Latviyada SSRİ-nin müharibədə qələbəsini bədbəxtlik adlandırdılar

Sovet İttifaqının 2-ci Dünya Müharibəsində qələbəsi Latviya sakinlərinə bədbəxtlik gətirib.

Bizimyol.info xəbər verir ki, bunu Riqa şəhər dumasının “Latviyaya hər şey” partiyasından olan deputatı Daynis Lotsis deyib.

“Çox təəssüf ki, hamı bunun nə “qələbə” olduğunu anlamır, Latviyaya və latışlara nə bədbəxtlik, nə itkilər gətirdiyini bilmir”, - deputat fikrini belə izah edib.

Lotsis açıqlamanı Litvanın Kaunas şəhərinin almanlardan alınmasının ildönümündə verib. Məhz Kaunasın geri qaytarılması Hitler qoşunlarının vəziyyətini ağırlaşdırmışdı. 1944-cü ildə şərq cəbhəsindəki bu itki Almaniyanın “Şimal” ordu qrupunu çox çətin duruma salmışdı. Müharibənin taleyini müəyyənləşdirən tarixlərdən biri adlandırmaq olar.

İyulda “Latviyanın rus ittifaqı” birliyinin idarə heyətinin üzvü Aleksandr Fileyə qarşı “Facebook”dakı statusuna görə cinayət işi açılıb. Filey yazısında Latviya xalqını 17 iyun 1940-cı il münasibətilə təbrik etmişdi. Rus icmasının nümayəndəsi həmin günü sovet ordusunun ölkəni diktatura rejimindən xilas etməsi adlandırmışdı.

Latviya hökuməti SSRİ-nin 1940-41-ci illərdə respublikanı işğal etdiyini hesab edir.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »