Səudiyyə Ərəbistanında son illər qadın hüquqlarını artırmaq qərarına gəliblər. Əvvəlcə onlara avtomobil sürməyə icazə vermişdilər. İndi qadınlar xaricə tək səfər də edə biləcək.
Bizimyol.info xəbər verir ki, qanunvericilikdə dəyişiklik Səudiyyə Ərəbistanı vətəndaşı olan qadınlara yeni hüquqlar verib. Onlar 21 yaşını keçəndən sonra ailənin kişi üzvündən icazə almadan ölkəni tərk edə bilərlər. Bundan başqa, qadınlara doğum, evlilik, boşanma üçün qeydiyyatdan keçmək hüququ da verilib.
Səudiyyə Ərəbistanında addım-addım qadınların həyatı yüngülləşir. Amma ictimai fəallar yüksək fikir söyləməyə tələsmir. Onların fikrincə, burada yenə də qadın hüquqları çox pozulur.