Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gecə klubunda işləyən arvadını öldürdü: “Namusumu təmizləmişəm”

Həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirən Rövşən Dadaşovun məhkəməsi başlayıb. Prosesdə ittiham aktı elan olunub, ifadələr dinlənilib.

Bizimyol.info xəbər verir ki, Rövşən Dadaşov həyat yoldaşı Aidə Dadaşovanı öldürdüyünü danmadığını bildirib. “Namusumu təmizləmişəm”, - deyir.

İttihamda yazılıb ki, Rövşən arvadını yüngül həyat tərzi keçirdiyinə görə öldürüb. Özü də bunu xüsusi amansızlıqla, uşaqların qarşısında edib. Təqsirləndirilən ittihamda yazılanlarla razılaşmadığını söyləyib. Onun dediyinə görə, həyat yoldaşına heç bir işgəncə verməyib: “Peşman deyiləm. Amma ittihamda yazılanlar da doğru deyil. Uşaqların xəbəri olmayıb”.

Rövşənin qardaşı Amil Dadaşov məhkəmədə ifadəsində mərhumu ittiham edib, onun ərəblərlə görüşdüyünü, şəkillər çəkdirdiyini deyib: “Qardaşım düz eləyib onu öldürüb”.

Şahid qismində ifadə verən Təranə Kazımova Aidə Dadaşova ilə gecə klubunda işlədiyini söyləyib. Onun dediyinə görə, qadın boşanmaq istəyirmiş.

Aidənin atası məhkəmədə kürəkənini məsliyyətsiz adam adlandırıb: “Dediklərinin hamısı yalandı. Hadisədən televizordan xəbər tutdum. Həyat yoldaşım xəstədi, əvvəlcə ona demədim. Bu adam heç vaxt işləməyib, biz kömək eləməli olmuşuq. Həmişə deyirdi ki, sizi öldürəcəm”.

Əvvəllər də məhkum olunmuş Rövşən Dadaşov həyat yoldaşını dəmir alətlə qətlə yetirib. Sonra uşaqları qardaşına təhvil verərək polisə təslim olub. İttihamda onun qətli qısqanclıq zəminində törətdiyi yazılıb.

Paylaş »
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Məşhur romanda yazılanlar dünyada necə reallığa çevrilib...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Gəncədə məktəb direktoru COVID-19-dan dünyasını dəyişib
››› Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatına üç gün vaxt verdi
Son xəbərlər
Bütün xəbərlər »