Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranlı nazir ABŞ-a çağırış etdi: "Yeni reallıqlara uyğunlaşın"

İranın xarici işlər naziri Cavad Zərif dünyadakı ticarət və güc balansının yer dəyişdirdiyini bildirərək İran, Rusiya və Çinə qarşı sanksiyalar tətbiq edən ABŞ-ı beynəlxalq reallıqlara uymağa çağırıb.

Məhəmməd Cavad Zərif

Musavat.com bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

İranın xarici işlər naziri C.Zərif öz Tvitter hesabı vasitəsilə etdiyi paylaşımda bildirib ki, beynəlxalq ticarət və güc yer dəyişdirir: "Bunu nə Çin və İrana qarşı iqtisadi terrorizm, nə də ortamənzilli nüvə raketləri müqaviləsindən (INF) ayrılmaq dayandıra bilər. ABŞ özünü təcrid etmək siyasətindən əl çəkib, yeni yaranan reallıqlara uyğunlaşmalıdır".

ABŞ rəhbərliyi İranla nüvə sazişindən 2018-ci ildə təktərəfli çəkildikdən sonra İrana qarşı yeni sanksiyalar planı hazırlamağa başladı.

ABŞ prezidenti Donald Tramp Çindən idxal edilən mallara yüz milyon dollarlıq yeni gömrük vergisi tətbiq etmişdi, Çin də öz növbəsində buna qarşılıq verdikdən sonra iki ölkə arasında ticarət müharibəsi başlanmışdı.

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Diaspor Komitəsinin keçmiş sədrinə məxsus bahalı əmlak əlindən alındı
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› Rusiya Türkiyənin Ukraynaya dəstəyindən narazılığını bildirib
››› Türkiyə səfiri Azərbaycanı tərk edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »