Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistan hökuməti turistlərdən geri qayıtmağı xahiş edir

Hindistanın Cammu və Kəşmir ştatlarının hökumətləri turistləri və yerli ziyarətçiləri ərazini dərhal tərk etməyə çağırıb.

Oxu.Az-ın verdiyi xəbərə görə, bu tədbir ciddi terror təhlükəsi ilə bağlıdır.

Yerli hökumətlər xüsusən də Anarnath məbədini ziyarət edən şəxslərin təhlükə ilə üzləşmə ehtimalının güclü olduğunu bildirir. Bu təhlükəni dəf etmək üçün isə maddi vəsait çatmır.

Yerli telekanallar vasitəsilə etdikləri çıxışlarında səlahiyyətli şəxslər bildirirlər ki, xüsusən də Kəşmir vadisində yerləşən Amarnath mağarasındakı turistlər ziyarətin müddətini tezləşdirməli və dərhal geri qayıtmalıdırlar.

Polis idarəsindən verilən məlumata görə, islam terroçuları məbədə gedən yolda dəhşətli terror hadisəsini həyata keçirməyi planlaşdırıblar. Belə ki, Kəşmir vadisindəki mağara yaxınlığından xeyli silah-sursatın və partlayıcıların olduğu gizli obyektlər aşkarlanıb.

Qeyd edək ki, Amarnaxt mağarası 3,8 kilometr hüdünrlükdə yerləşir və qışda ora yol bağlı olur. Bu səbəbdən də, yay aylarında bu müqəddəs yerə insan axını müşahidə edilir.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› “İdeal”ın keçmiş sahibinin anası: “Oğlumu azğınlaşmış məmurlar parçalayıb məhv edir”
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Ramazan ayının təqvimi açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »