Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çayxanada hesab üstündə adam öldürdülər - “Oğlunuzu mən öldürməmişəm”

Çay evində baş verən qətl hadisəsinin məhkəməsi başlayıb.

Asim Muxtarov Qaraçuxurdakı çay evlərinin birində işləyən Sahil Əlizadəni öldürməkdə təqsirli hesab olunur. Hadisənin iştirakçılarından olan Sənan Həsənov isə xuliqanlıqda ittiham edilir.

Bizimyol.info xəbər verir ki, Asim Muxtarov həbsdədir, Sənan Həsənov isə polis nəzarətinə verilib. Elə Sahil Əlizadənin atası Fəxrəddin Əliyevi narazı salan da bu məsələdir. O, Sənan Həsənovu əsas günahkar sayır, ittiham olunan şəxsin azadlıqda gəzdiyinə etiraz edir. Sənan məhkəmədə mərhumun atasına müraciətlə “oğlunuzu mən öldürməmişəm” deyib. Fəxrəddin Əliyev isə işdə daha bir neçə nəfərin rolu olduğunu düşünür.

Hadisə fevralda baş verib. Çay evində dava zamanı Sahil Əlizadə bıçaq zərbəsi alıb. Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas edə bilməyiblər.

Paylaş »
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »