İndoneziyanın Sumatra adası sahillərində 7.1 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi informasiya yayıb.
Zəlzələ ocağı yerin 10 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələdən sonra sunami ilə bağlı xəbərdarlıq edilib.
***
Ölkənin Banten, Lampunq, Qərbi Yava və Bengkulu rayonlarında sunami təhlükəsi ilə əlaqədar əhalinin təxliyəsinə başlanılıb.
Adalara gəlmiş turistlərin də ərazini tərk etdikləri bildirilir.