Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Miqrant şəhəri”ndə şort geyinən qızı avtobusa minməyə qoymadılar

İsveçin Malmö şəhərində avtobusa minmək istəyən qıza mane olublar. Səbəb kimi şortunun çox qısa olduğunu göstəriblər.

Bizimyol.info xəbər verir ki, Amanda Hansson gözlənilməz etirazla qarşılaşıb. 19 yaşlı qız gedişhaqqını ödəsə də, sürücü ona ictimai nəqliyyatdan istifadə etməyə imkan verməyib. O, Amandanın bədəninin böyük hissəsinin bayırda qalmasını əsas gətirib. Qız avtobusu tərk etmək məcburiyyətində qalıb. “Heç vaxt özümü belə təhqir olunmuş hiss etməmişdim”, - Amanda deyib.

Sürücünün kimliyi barədə geniş məlumat verilməsə də, onun miqrant olduğu deyilir. Ümumiyyətlə, Malmö miqrantların çox yaşadığı şəhərdir. Şəhər əhalisinin 40 fazini gəlmələr təşkil edir. Əksəri Yaxın Şərqdən gələnlərdir. Yəni müsəlman kəsimin aşkar üstünlüyü var.

Avtobus şirkəti Hanssondan üzr istəyib. Şirkətdən diskriminasiya siyasətini dəstəkləmədiklərini bildiriblər. Məsuliyyəti yalnız sürücünün daşıdığı qeyd olunub. O, işdən azad edilib.

İsveçə miqrant axını dayanmır. Son iki ildə ölkəyə başqa dövlətlərdən 55 min nəfər gəlib. Rekord 2015-ci ildə qeydə alınmışdı. Həmin il İsveçə 163 min nəfər gəlmişdi.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »