Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Həcc günahyuma maşını deyil ki, orda gunahını yuyub gəlib yenə eyni qələti edəsən”

“Bəziləri Həcc ziyarətini yerinə yetirərkən fikir qalır ki, neçə dəfə təfaf elədim, şeytana atılacaq daşların sayı düz olmadı. İldə ildə günah edib , günahlarını yumaq üçün ziyarətə gedənlər var. Həcc ziyarəti günahyuma maşın deyil ki, sən ora gedib günahlarını yuyasan, qayıdandan sonra da eyni qələtləri edəsən, təkrar bir də qayıdasan”.

Bu fikirləri Bizimyol.info saytına verdiyi müsahibədə ilahiyyatçı Elşad Miri səsləndirib.

Elşad Miri

“Allah insana şah damarından da yaxındır. Ona hər yerdə yaxın olmaq olar. Yəni bundan ötrü Məkkəyə getməsən də olar. Lakin sən xeyriyyəçi bir insansa, burda bir çoxlarına əl tutub, Həcc ziyarətini də etmək istəyirsənsə, bu ayrı məsələ. Bu alqışlanacaq addımdır”.

Elşad Miriri 2 günlük Həcc ziyarətinin bu gün 21 günə çatdırılmasından da narazılıq edib. “Burdan Həcc ziyarətinə gedənlərin ziyarət niyyətindən turizm, gəlir məqsədi kimi istifadə edənlər var. Həcc ziyarəti zamanı hər il Məkkdə 30 milyard dollar gəlir əldə edir. Amma Trampın Ərəbistana səfəri zamanı milyonlarla dollarlıq silah müqaviləsi imalandı. Bu silahlar da kimə atəş açacaq? Yenidən müsəlmanlara”.

İlahiyyatçının fikrinə görə, Həcc ziyarətinin missiyasına İslam dünyasının inkişafına xidmət edən diskkusiya, xalqlararası münasibətlərin yüksəldildiyi, müsəlmanların problemlərinin həll olunduğu platforma rolunu oynamaq da daxil edilməlidir.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »