Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO müqavilənin pozulmasına görə Rusiyanı ittiham edib

Orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı müqavilənin pozulmasına görə Rusiya məsuliyyət daşıyır.

APA-nın NATO-nun saytına istinadən verdiyi xəbərə görə, bu, ABŞ-ın orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı müqavilədən çıxması ilə əlaqədar NATO-nun yaydığı bəyanatda yer alıb.

Bəyanatda bildirilib ki, bu qərar NATO-nun müttəfiqləri tərəfindən dəstəklənir.

“Təəssüf edirik ki, Rusiya beynəlxalq öhdəliklərinə riayət etmək üçün istək göstərmədi və bu istiqamətdə gözlə görülə biləcək hər hansı addım atmadı. ABŞ-ın tam əməl etdiyi, Rusiyanın isə əməl etmədiyi bir razılaşma davamlı ola bilməz. NATO Rusiyanın 9M729 raketinin müttəfiqlərin təhlükəsizliyinə qarşı yönələn risklərinə məsuliyyətlə cavab verəcək. NATO-nun dayanıqlılığını, müdafiə vəziyyətinin etibarlı və təsirli olmasını təmin etmək üçün balanslı, razılaşdırılmış müdafiə tədbirləri paketini razılaşdırmışıq”, - NATO-nun bəyanatında qeyd olunub.

Bəyanatda o da bildirilib ki, baş verənlərə baxmayaraq, NATO Rusiya ilə konstruktiv münasibətlər qurmağa davam edəcək.

Qeyd edək ki, orta və yaxın mənzilli raketlərin ləğv edilməsi üzrə müqavilə 1987-ci ildə ABŞ və SSRİ arasında imzalanıb.

2014-cü ildə ABŞ Rusiyanı müqaviləni pozmaqda ittiham edib.

2018-ci ilin oktyabrında ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun bu razılaşmadan geri çəkildiyini bildirib.

Ötən ay Rusiya orta və yaxın mənzilli raketlərin ləğvi müqaviləsindən çıxıb. Rusiya Prezidenti Vladimir Putin bununla bağlı federal qanunu imzalayıb.

Bu gün isə ABŞ-ın orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı müqavilədən çıxması prosesi başa çatır.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
Son xəbərlər
Bütün xəbərlər »