Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arıqlama çayları zərərlidirmi?- Həkim rəyi

Son illər dünyada virus kimi yayılmış arıqlama istəyi bir çox işbazların cibini qabatdı. İdmana tənbəllik edən, pəhrizlərə iradəsi və səbri çatmayanlar reklmlarda az qala möcüzəli təsir vasitəsi kimi təqdim edilən dərmanlara, xüsusi çaylara, kofelərə, bioloji aktiv maddələrə üz tutur , onlar vasitəsi ilə çox sürətlə arıqlamaq istəyrilər. Satıcı hər nə qədər “zərərsizdir” desə də istifadə edənlərin də ürəyində şübhələr qalır.

Son günlər müxtəlif sosial şəbəkələrdə məşhur simaların reklam etdikləri arıqlma çayları barədə çox danışılır.

İki gün öncə məhsullarını Gülbən Ərgən,Seda Sayan Ece Erken, Deniz Akkaya, Hande Yener,Gonca Vuslateri, Yeliz Yeşilmen və Ebru Yaşar kimi məşhuyrların reklam etdiyi “Teff Tohumlu Çay” arıqlama çayının əslində qanunsuz laboratoriyalarda kimyəvi maddələrdən hazırlandığı və ölümcül təsirlərə malik olduğu üzə çıxıb. Stanbul polisinin keçirdiyi əməliyyta nəticəsində bu çayların istehsalı və satışı ilə məşğul olan şəbəkə ələ keçirilib.

6 ay ərzində şəbəkəni izləyən polis müştəri adı ilə həmin məhsulları alaraq İstanbul II Qida Kontrol Laboratoriyasında analiz edib. Nəticələr göstərib ki, içdikdən sonra iştahı kəsən və arıqladan bu çay məhsullarının tərkibində psixiatrların bəzi xəstəliklərin müalicəsi zamanı tətbiq etdikləri yüksək dozada qəbul edildikdə ürək- damar sistemində problemlər yaradan “Sibutramin”, “Sildenafil”, diabetin müalicəsində tətbiq olunan “Metformin”,psixoloji problemlərə səsbəb olan “Fuluoksetin”, həmçinin ağrıkəsici təsirə malik “Parasetamol” maddəsi olduğu aşkarlanıb.

Proktoloq cərrah Heyran Əfəndiyeva Bizimyol.info saytına bildirib ki,çox zaman ishal yaradan çaylardan istifadə bağırsaqların təbi mikroflorasını pozur, müxtəlif çatlar yaradır ki, bu fəsadı da ancaq cərrahi yolla aradan qaldırmaq lazım gəlir. Belə çaylar bağırsağın təbii inkiafına mane olur, tənbəllik yaradır. Bi müddətdən sonra istifadə edən şəxsdə ağır qəbizlik və ya qarşısı alınmaz ishal xəstəliyi də yarana bilər.

Sevinc Qurbanova ürək damar xəstəlikləri həkimi

Terapevt Sevinc Qurbanovadan arıqlamaq üçün olan vasitələrin zərərli olub –olmaması barədə soruşuruq. Doktor Bizimyol.info saytına verdiyi cavabda konkret zərərin olmadığını söyləsə dəbelə bir ehtimalın yüksək olduğunu vurğuladı:

“Ümumiyyətlə, tibbdə müalicə vasitəsi kimi preparatlar iki yerə bölünür – medikamentlər yəni dərmanlar və bioloji aktiv maddələr. Dərmanlar uzun illər sınaqdan keçirilir, satışa buraxılana qədər həm heyvanlar, həm də könüllü insanlar üzərində sınanılır . Həkim dərmanı yazanda faydasını da bilir, əks təsirini də. O ki qaldı çaylara, bioloji aktiv maddələrə, onlar ətraflı öyrənməyiblər. Tədqqaitlar aparılmayıb. Ona görə konkret onların hansısa zərəri barədə demək olmaz. Lakin mən konkret öz fikrimi deyə bilərəm ki, bu çayların içilməsnin əleyhinəyəm. Tibbdə arıqlamaq üçün kimyəvi sınaqlardan keçmiş dərmanlardan biri olaraq “Ksenikal” preparatından istifadə olunur.

Endokrin problemləri ağır piylənməsi olan insanlara yazılır.Lakin bu dərmanın yan təsiri olaraq bildirilir - ola bilər ki, gələcəkdə yoğun bağırsaqda xərçəng əmələ gətirsin.Yəni, söhbət tibbdə icazə verilmiş dərmandan gedir. Ona görə çaylara ehtiyatla yanaşmaq lazım gəlir. Bəli arıqlada bilirlər. Lakin bu tam sağlam şəkildə həyata keçirilirmi?Yox bunu heç kim deyə bilməz. Çünki dərmanların belə yan təsiri varsa arıqlamaq üçün nəzərdə tutulan bu preparatların da mütləq zərəri vardır.Tibbdə belə fikir var. Orqanizmə müsbət təsiri olan hansısa dərmanın mütləq şəkildə ziyanı da vardır”.

Mütəxəssislərin ümumi rəyi budur ki, tez bir zamanda arıqlamaq istəyi insan orqanizmində ciddi fəsadlar törədir. Bədən çəkisinin 30 faizinin itirilməsi insanlarda hətta bərpası mümkün olmayan psixi dəyişikliklərə də səbəb olur. Arıqlama dərmanları orqanizmdə duz mübadiləsini pozaraq uzun müddət ishal yaradır, bağırsaqdan sorulmanın qarşısını alır. Qəbul olunan qidanın həzminə imkan verməyən və bağırsaqişlədici kimi istifadə olunan preparatlar bədəndə çox su itkisinə səbəb olur. Orqanizmdə suyun itkisi elektrolit pozğunluğa, yəni lazımi ionların itirilməsinə gətirib çıxarır.

Orqanizm çəki itirdikcə bu prosesə ilk olaraq depolaşmış piylər sərf olunur. Bunula yanaşı, bədəndə zülal istehsalı azalır. Amin turşuların, zülalların kənardan daxil olmaması zülal tərkibini azaldır və orqanizmdə distrofik proseslər baş verir. Bu proseslərin çoxu geridönməz hal alır. Nəticədə orqanizm çox ciddi bir durumla üz-üzə qalır. Bunları sonradan bərpa etmək çətinləşir. Bu proseslər nəticəsində bədəndə daxili orqanların sallanması halları baş verir”. Pəhrizin əsas məqsədi orqanizmdə toplaşan, əlavə yük yaradan maddələrin orqanizmə daxil olmasının qarşısını almaqdır.

Çalışmaq lazımdır ki, artıq kalorilər və həmin maddələr rasionda olmasın və yaxud müəyyən qədər olsun. Bəzən rasionda hansısa bir maddənin çatışmaması orqanizmi məcbur edir ki, bədəndəki depolaşmış piyləri həmin maddəyə çevirsin. Yəni pəhrizlərin bir xüsusiyyəti passiv yolla depolaşan həmin maddələrin miqdarını azaltmaq, digər rolu isə orqanizmi prosesə qoşaraq bədəndəki piyləri təkrar istehsala, zülal və digər maddələrin istehsalı üçün xammala çevirməkdir. Bu, nəticədə arıqlamaya səbəb olur. Ona görə də bunların hamısı həkim nəzarəti altında olmalıdır. Dietoloqlar məsləhət görürlər ki, arıqlamaq üçün iradəni gücləndirmək, düzgün pəhriz saxlamaq və fiziki hərəkətlə məşğul olmaq daha məsləhətlidir. Orqanizmdə toxluq hissi yaratmaq üçün yeməkdən əvvəl ilıq su içmək məsləhətdir. Bu, mədədə toxluq hissi yaradır və insan az yeməyə meyillənir.

Həyat hərəkət üzərində qurulub. Sadəcə tənbəlliyin daşını atıb aktiv həyat şəklinə keçməklə həm ruhumuza, həm bədənimizə sağlamlıq və gözəllik bəxş etmiş olarıq.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »