Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ilk dəfə okeana gələn turist həyəcandan dünyasını dəyişdi

ABŞ-ın Missuri ştatından olan keşiş Dalton Kottrel Floridada yerləşən okeanda öz həyat yoldaşı Şayenn Hendrikin gözləri qarşısında dünyasını dəyişib.

"Bizimyol.info"nun "Daily.mail"ə istinadən verdiyi məlumata görə, 22yaşlı keşiş və onun həyat yoldaşı Floridaya bal ayını keçırmək üçün gəlib. Onlar okeanda çimərkən üstlərinə böyük bir dalğanın gəldiyi bildirilib. Şayenn həyəcandan və qorxudan özünü itirmiş həyat yoldaşını xilas etməyə çalışsa da, məqsədinə nail ola bilməyib.

Kottrel qorxudan, özünün də xəbəri olmadan həyat yoldaşı Şayenni suda boğmağa başlayıb. Bunu müşahidə edən qadın özünü qorumaq üçün Kottreli buraxmaq məcburiyyətində qalıb. Kottrelin 1 dəqiqə suyun altında qaldığı haqda məlumat yayılıb.

Qeyd edilir ki, artıq cütlük üçün yardım fondu yaradılıb və 17min dollardan çox (1milyon rubla yaxın) pul yığılıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »