Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan: "Ümummilli məsələlərdən danışmaq üçün yaxşı fürsətdir"

Ermənistanın baş naziri Nikol Paşinyan özünün Facebook səhifəsindən elan edib ki, Dağlıq Qarabağa gəlir və Xankəndinin mərkəzi meydanında geniş nitq söyləyəcək.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyanın işğal altındakı Azərbaycan ərazilərinə növbəti qanunsuz səfəri avqustun 5-də başlayacaq “ümumerməni Oyunları”nın açılış mərasimi ilə bağlıdır.

“Mən əlbətdə ki, həmin mərasimdə iştirak edəcəm. Həmin günlərdə Stepanakertdə (Xankəndi) Diasporun, Ermənistanın və Dağlıq Qarabağın nümayəndələri toplanacaq. Dirçəliş meydanında toplaşmaq və bizim indiki ümummilli məsələlər haqda danışmaq üçün yaxşı fürsətdir”,-Paşinyan bildirib.

O əlavə edib ki, meydanda “əhatəli nitqlə” çıxış edəcək və Dağlıq Qarabağ sakinlərini meydanda görmək istərdi.

Xatırladaq ki, Paşinyanla Dağlıq Qarabağdakı qondarma rejim arasında son vaxtlar ciddi ixtilaf yaşanır. Məlumatlara görə Paşinyan gələn il Qarabağda keçiriləcək “seçkilərdə” öz namizədini irəli sürmək niyyətindədir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »