Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp bir "tvitter" mesajı ilə nefti ucuzlaşdırdı

ABŞ Prezidenti Donald Tramp Çindən idxal olunan 300 milyard dollar dəyərində mallara əlavə 10 faizlik rüsumların tətbiq olunacağını bəyan edib.

Xarici KİV-lər bildirir ki, Birləşmiş Ştatların dövlət başçısı bunu özünün "Tvitter" səhifəsində yazıb. O, yeni tariflərin tətbiqinin sentyabrın 1-dən başlayacağını bildirib.

Reuters-in məlumatına görə, bundan dərhal sonra Qitələrarası birjada Brent markalı neft bir neçə saat ərzində 7,7% ucuzlaşıb. Birja bağlanmazdan əvvəl WTI markalı neft daha çox - 4,63 dollar (7,9%), ucuzlaşıb və bir barel üçün 53,95 dollara düşüb.

Tramp-ın tviti rublun da dəyərdən düşməsinə səbəb olub - axşam saatlarında Moskva birjasında dollar 70 qəpik bahalaşaraq 64,32 rubl təşkil edib.

Qeyd edək ki, Donald Trampın yeni tariflər barədə bəyanatı iki ölkə arasında may ayından dayanmış ticarət danışıqlarının bir neçə aylıq fasilədən sonra iyulun 30-31-də Şanxayda keçirilmiş 13-cü mərhələsindən sonraya təsadüf edir. Prezident Donald Tramp Çin tərəfinin ABŞ-dan daha çox kənd təsərrüfatı məhsulu alacağını bəyan etsə də, bunu reallaşdırmadığını bildirib

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »