Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ARDNF-in vəsaitlərinin 93%-i üç əsas xarici valyutada yerləşdirilib

Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli onun aktivlərinin demək olar ki, 100%-i qədər və yaxud 42 463,45 milyon ABŞ dolları təşkil edib.

Fonddan bildirilir ki, bu vəsaitin 54,6%-i elə dollarda, 34,1%-i avroda, 4,6%-i isə ingilis funtsterlinqində yerləşdirilib.

Başqa sözlə, üç əsas xarici valyutanın investisiya portfelində payı 93,3% təşkil edib. Digər valyutalara gəlincə isə, portfeldə Avstraliya dolları 0,6%, Türkiyə lirəsi 0,7%, Rusiya rublu 0,7%, Koreya vonu 0,4%, Çin yuanı 1,2%, Yaponiya yeni 1,6%, digər valyutalar 1,5%, qızıl isə 10,3% paya malikdir.

ARDNF investisiya portfelinin xarici valyutalar və qiymətli metallar üzrə bölgüsü ilə yanaşı, müxtəlif aktivlər üzrə bölgüsünü də açıqlayıb. Beləliklə, Fondun investisiya portfelində istiqrazların və pul bazarı alətlərinin payı 71,1%, səhmlərin payı 13,3%, daşınmaz əmlakın payı 5,3%, qızılın payı isə 10,3% təşkil edib.

Xatırladaq ki, bu ilin əvvəlindən ARDNF-in aktivləri 10%-dən çox artıb.(report)

Paylaş »
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Məşhur romanda yazılanlar dünyada necə reallığa çevrilib...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Gəncədə məktəb direktoru COVID-19-dan dünyasını dəyişib
››› Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatına üç gün vaxt verdi
Son xəbərlər
Bütün xəbərlər »