Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna səfiri Vilayət Eyvazovla görüşüb

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Daxili İşlər naziri Vilayət Eyvazovla görüşüb.

V. Kanevski bu barədə özünün “Twitter” səhifəsində yazıb.

Səfir bildirib ki, görüşdə Azərbaycan və Ukrayna hüquq-mühafizə orqanlarının gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Nazir V. Eyvazovla görüş zamanı səfir Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi hərtərəfli dəstəyə görə Azərbaycana təşəkkür edib. (apa)

Son xəbərlər
Bütün xəbərlər »