Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BƏƏ anti-İran siyasətindən əl çəkəcək

Əbu-Dabi anti-İran mövqeyindən çəkinəcək və Tehranla əlaqələrini nizama salmağa çalışacaq.

“Anadolu” xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirlikləri rəhbərlərinin gizli müşavirəsində fikir mübadiləsi aparılıb.

Şahzadə Məhəmməd bin Zayed Əl-Nəhayanın iştirakı ilə keçirilən müşavirədə BƏƏ-nin Baş naziri və Dubay əmiri Məhəmməd bin Rəşid əl-Maktum ölkəsinin xarici siyasətini tənqid atəşinə tutub.

“Liviya, yaxud Sudanda hakimiyyət dəyişməsinin BƏƏ-yə nə xeyri var? Siz düşünürsünüz ki, ABŞ İrana zərbə endirəcək, amma Tramp dialoqa çağırır. Tutaq ki, ABŞ həqiqətən İrana zərbə endirdi. Bu zaman İran kimə hücum edəcək? Tehran özü və yaxud husilərin vasitəsilə BƏƏ-yə və Səudiyyə Ərəbistanına hücum edəcək”.

Onun sözlərinə görə, BƏƏ-nin ərazisinə bircə raket düşsə, bütün xarici investorlar, hətta Asiyadan olan fəhlələr belə ölkəni tərk edəcək.

Dubay şeyxinin fikrincə, BƏƏ xarici siyasətini tamam dəyişməli və Yəməndən Liviyaya kimi miyonlarla dollar xərclərini kəsməlidir.

Şahzadə Məhəmməd bin Zayed Əl-Nəhayan Baş nazirin çıxışına dəstək verib və xarici siyasətdə dəyişikliklər edəçəyini bildirib. (oxu.az)

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
Son xəbərlər
Bütün xəbərlər »