Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada azərbaycanlı qardaşını qız üstündə bıçaqladı

Ukraynanın Sumı vilayətinin Konotop şəhərində iki azərbaycanlının münaqişəsi bıçaqlanma ilə bitib.

Bu barədə yerli mətbuat xəbər yayıb.

Bildirilir ki, 39 yaşlı azərbaycanlı qardaşını bıçaqla yaralayıb.

Hadisə iyulun 31-də baş verib. Əvvəllər beş dəfə məhkum olunmuş, adı hələlik açıqlanmayan soydaşımız Konotopda kafelərdən birində qardaşları ilə birlikdə spirtli içki qəbul edib.

Tədricən onların arasında sözlü münaqişə başlayıb. Sonradan mübahisəyə keçən narazılıq bıçaqlanma ilə yekunlaşıb. Qardaşına qatlama bıçaqla xəsarət yetirən şəxs onu sinəsindən və başından yaralayıb.

Ağır yaralı vəziyyətdə olan zərərçəkən Konotop Şəhər Xəstəxanasına yerləşdirilib.

Bir neçə saat sonra şübhəli şəxs saxlanılıb və həbs edilib.

O, ilkin ifadəsində hadisənin qız üstündə baş verdiyini bildirib. (oxu.az)

Paylaş »
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Hansı halda sərt karantin ola bilər...
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
Son xəbərlər
Bütün xəbərlər »