İranla gəmilərin bazarlığını etməyəcəyik.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İngiltərənin Xarici İşlər naziri Dominik Raab deyib.
"Qanuni olaraq saxlanılan gəmi ilə qanunsuz saxlanılan bir gəmi arasında hesablaşma olmayacaq", - deyə Raab qeyd edib.
Xatırladaq ki, iyulun 19-da İran Britaniyanın “Stena İmpero” neft tankerini saxlayıb. Bu olay iki ölkə arasında gərginliyə səbəb olub. Bundan əvvəl isə Cəbəllütariq boğazında Britaniya İranın tankerini saxlayıb.