Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə uşaqsız ailələri vergi ödəməyə məcbur edəcəklər

Başqırdıstanda uşaqsız ailələrə vergi tətbiq eltməyi düşünürlər. Rusiya Federasiyasına daxil olan respublikanın məclis-qurultayının sədri Kostantin Tolkaçev “Facebook” hesabında bu haqda yazıb.

Bizimyol.info xəbər verir ki, məclis sədri konstitusiyanın Rusiyanın sosial dövlət olduğunu bildirdiyini deyib. Tolkaçev bu ənənənin Sovetlər İttifaqından gəldiyini söyləyir. Onun dediyinə görə, məsələ parlamentin payıs sessiyasında müzakirəyə çıxarılacaq.

Spiker bölgədə doğum göstəriciləri ilə tanış olandan sonra belə açıqlama verib. İlin ilk yarısında Başqırdıstanda cəmi 19 min 622 uşaq dünyaya gəlib. Halbuki illər əvvəl bu respublikada 6 ayda doğulanların sayı 60 min nəfərə çatırdı. 1940-50-ci illərdə göstərici 100 min nəfəri keçirmiş.

Tolkaçev bildirib ki, doğum nəticələrinin aşağı olması Rusiya və bir çox inkişaf etmiş ölkələr üçün xarakterikdir. Məclis sədri burada gənclərin mentalitetinin böyük rolu olduğunu deyib. Onun fikrincə, vergidən əlavə, ilk uşaq üçün xüsusi mükafat təyin olunmalıdır.

İyulda Rusiyada doğum sayı son 10 ilin minimumunu göstərmişdi. Bu ilin ilk üç ayı ərzində qonşu ölkədə 355,3 min uşaq doğulub. Keçən il analoji dövr üçün göstərici 9,1 faiz çox olub.

SSRİ-də, həqiqətən də, uşaqsız ailələrə vergi tətbiq olunmuşdu. 1941-ci ildə qanunvericilikdəki dəyişiklikdən sonra övladı olmayan 20-50 yaş arası kişilər və 20-45 yaş arası qadınlar məvacibinin 6 faizini dövlətə verməliydi.

Son xəbərlər
Bütün xəbərlər »