Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistan hökuməti istirahət zonasında dincəlir: Prezident gözə dəymir

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun ölüb-ölməməsi hələ də dəqiqləşməyib.

Yerli hökumət dövlət başçısının ölüm xəbərini yayanları həbs edir. Hərçənd, rəsmi Aşqabad bununla bağlı deyilənləri də dərhal təkzib etməyə imkan tapıb.

Bizimyol.info xəbər verir ki, Berdıməhəmmədov 20 gündən çoxdur ortada görünmür. Türkmənistan televiziyası bu günlərdə hökumət nümayəndələrinin “Avaz” istirahət zonasında dincəlməsini əks etdirən kadrlar yayıb. Orada kişilərin isinmə hərəkətləri etdiyi, voleybol, qadınların isə stolüstü tennis və badminton oynadığı görünür. Xüsusilə qadınların yer aldığı kadrlar süni təsir bağışlayır. Çünki onlar milli geyimlərdə oynayırlar. Tennis və badminton isə çevik davranış tələb edir. Milli geyimlərlə bu idman növündə bacarıq nümayiş etdirmək mümkünsüzdür.

Ən vacib məqam kadrlarda Berdıməhəmmədovun gözə dəyməməsidir. Türkmənistan hökuməti yalnız qısa, heç nəyi ifadə etməyən açıqlama ilə kifayətlənir. Təkcə o deyilir ki, Berdıməhəmmədov ölməyib. Ölkədə prezidentin ölümünün gizlədilməsi ilə bağlı söz-söhbət isə səngimir.

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »