Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə mağazadan ən çox nə oğurlayırlar

Rusiyada mağazalarda oğurluq halları heç vaxt olmadığı qədər çoxdur. Qonşu ölkədə ən çox hansı ərzaq və ya tələbat mallarının oğurlandığını müəyyənləşdirməyə çalışıblar.

Bizimyol.info xəbər verir ki, Rusiyada müştərilər mağazadan daha çox pendir və kolbasa məhsulları oğurlayır. Pulu ödənilmədən aparılan məhsulların 15,4 faizi bu ərzaq mallarının üzərinə düşür. Kofe (15) və şirniyyat məhsulları (13,4) da müştərilərin çox tamahını çəkir. Sonra siyahıda pivə və dəniz məhsulları gəlir.

Ümumiyyətlə, mağaza oğrularının 11,2 faizinin spirtli içkilərə gözü düşür. Oğruların 9 faizinin diqqətini dəniz məhsulları çəkir.

Kofeni əsasən yeniyetmələr oğurlayır. Konkretləşdirsək, 14-16 yaş arası məktəblilərin bu içkiyə meyl saldığı üzə çıxır.

İlin geridə qalan 7 ayı ərzində Rusiya mağazalarına 38 milyon rubl (təxminən 600 min dollar) ziyan dəyib. Ümumilikdə 64 min 743 nəfər oğurluğa əl atıb.

Mütəxəssislərin fikrincə, oğurluqların əksəri ehtiyac üzündən yox, əyləncə xətrinə baş tutur. Mağaza nəzarətçiləri deyir ki, oğruların çoxu peşəkar deyil.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »