Norveç vətəndaşlarının 2/3ü Rusiya prezidenti Vladimir Putini qlobal təhlükə hesab etdiyini bildirib.
"Bizimyol.info" "Dagbladet"ə istinadən xəbər verir ki, "İpsos"un keçirdiyi sorğuda Norveç vətəndaşlarının 67% Rusiyani və onun dövlət başçısını dünya üçün ciddi təhlükə hesab edib. Onlardan 18%'i təhlükənin "çox ciddi" olduğunu bildirib. Sorğuda iştirak edən diyər 49% sakin isə təhlükənin "yetərincə ciddi" olduğunu vurğulayıb.
"Dagbladet" Rusiya Federasiyası və onun dövlət başçısı Vladimir Putinə qarşı bu münasibətin səbəbini açıqlayıb.
"Dagbladet" qeyd edib ki,Rusiyanin qlobal təhlükə hesab olunmasının səbəbləri arasında Rusiyanin Krım'ı ələ keçirməsi, eləcə də Suriya və Ukraynada münaqişələrdə iştirak etməsi kimi fikirlər mövcuddur.
"Münaqişə uzun müddətdir dəvam edir. İnsanların bu münaqişələri unutduğu düşünülür, lakin onlar hər şeyi xatırlayır."-NOVA Sosial Araşdırlamar institutunun direktoru İver Neuman bildirib. Onun sözlərinə görə,Rusiyanin məqsədi 3cü Dünya müharibəsini başlatmaq deyil: "O sadəcə mövcud dünya nizamina üçün təhlükədir."(dünya nizamını təhdid edir).
Adelya Muradova