Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Universiteti 16 tələbəni 1 illik gediş haqqı ilə təmin edəcək

Azərbaycan Universiteti 16 ixtisas üzrə ən yüksək balla qəbul olan tələbəni bir illik gediş haqqı ilə təmin edəcək.

İctimaiətlə Əlaqələr Şöbəsinin rəhbəri Lalə Dilanova Bizimyol.info-ya açıqlamasıda bildirdi ki, tələbələrə sosial yönümdə dəstək məqsədilə həyata keçirlən bu addımları 2018-ci ildən başlayıb. Keçən il 12 tələbə bu imkandan yararlanıb. Bu il 16 ixtisas üzrə qəbul aparılan universitetdə hər ixtisas üzrə ən yüksək bal toplayan 16 tələbəyə şamil ediləcək. Məbləğ tələbənin dərs günləri nəzərə alınaraq 10 ay müddətində bir günlük gediş-gəliş haqqı – 60 qəpikdən hesablanır.

Bundan başqa universitet üzrə ən yüksək bal toplayan tələbə “Fəxrəddin Qurbanlı təqaüdü” ilə təltif edilir. Fəxrəddin Qurbanlı Azərbaycan Universitetinin “Sosial iş” ixtisasından məzunudur. Aprel döyüşlərində şəhid olan qəhrəmanın adına təltif edilmiş təqaüd elə 2016-cı ildən verilir.

Universitet üzrə ən yüksək bal toplamış tələbəyə verilən təqaüdün məbləği 500 AZN-dir. Təqaüd 4 aya bölünərək, ayda 125 manat olmaqla verilir. Lalə Dilanova qeyd etdi ki, bu təqaüd ilk semestrdə verilir. Sonrakı semestrlərdə tələbənin qiymətləri yaxşı olarsa, onsuz da dövlət təqaüdü almaq şansı var.

Aləmdə Nəsib

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
Son xəbərlər
Bütün xəbərlər »